Bu yol müqəddəs yoldu! Yolumuz uzundur! | DEFAKTO.AZ Bu yol müqəddəs yoldu! Yolumuz uzundur! – DEFAKTO.AZ

Bu yol müqəddəs yoldu! Yolumuz uzundur!

215

Dəyərli, Anavətənçilər!

Artıq 31 yaşımız tamam oldu.

BU YOL MÜQƏDDƏS YOLDU! YOLUMUZ UZUNDUR!

Qarşımızda ən müxtəlif səbəblər ucbatından vaxtilə itirilmiş böyük Azərbaycan torpaqlarının vahid bütöv olan məkanda birləşməsi kimi böyük məqsəd dayanır. Biz buna doğru gedirik. Təbii ki, bu yolda da hər zamankı xalqımızla, milli dövlətçiliyimizlə Ulu Öndərimizin qoymuş olduğu siyasi xətlə yolumuza davam edəcəyik. Çox xoş və qürurlu günlərimizi yaşamaqdayıq.

Dövlətimiz güclənir, beynəlxalq səviyyədə nüfuzu artır, sözün həqiqi mənasında regionda aparıcı söz sahibinə çevrilibdi. Və belə bir tarixi məqamda Türk Dövlətləri Təşkilatının yaradılması və gələcəkdə böyük Türk İttifaqının formalaşmasına xidmət edən addımların atılması da bizim əzəli arzularımızdan, qarşıya qoyduğumuz ulu məqsədlərimizdən biri olub. Bu yol da hər birimizin yoludur.

Unutmayaq ki, Türkün yaşadığı hər bir qarış torpaq bizim ANA VƏTƏNİMİZDİR! O, ANA VƏTƏNƏ doğru da ciddi addımlarla getməkdəyik.

Bayramımız mübarək, ƏZİZ ANAVƏTƏNÇİLƏR!

Sayqılarla, Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri,

Millət Vəkili

24 Noyabr 2021 – ci il




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir