Azərbaycanda koronavirusa yoluxmanın bu günə olan statistikası | DEFAKTO.AZ Azərbaycanda koronavirusa yoluxmanın bu günə olan statistikası – DEFAKTO.AZ

Azərbaycanda koronavirusa yoluxmanın bu günə olan statistikası

11

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 924 yeni yoluxma faktı qeydə alınıb, 1 873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7 709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir