General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
Defakto.az xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:
- Zakir Həsənov – Müdafiə naziri
- Vilayət Eyvazov – Daxili işlər naziri
- Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
- Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
- Ramil Usubov – Prezident yanında Təhlükəsizlik Şurasının katibi
- Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
- Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
- Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
- Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
- Mədət Quliyev – Müdafiə sənayesi naziri
- Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
- Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
- Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
- Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycanda müxtəlif illərdə vəzifədən kənarlaşdırılan general-polkovniklər isə bunlardır:
- Səfər Əbiyev – Eks-müdafiə naziri
- Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi
- Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
- Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
- Zakir Qaralov – Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
- Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
- Fazil Məmmədov – I dərəcəli dövlət vergi xidməti müşaviri
- Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
- Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)