Bakı funikulyorunda təmir işləri aparılacaq | DEFAKTO.AZ Bakı funikulyorunda təmir işləri aparılacaq – DEFAKTO.AZ

Bakı funikulyorunda təmir işləri aparılacaq

11

Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyalarının möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.

Defakto.az“report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-ə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.

Tenderin nəticəsi dekabrın 22-si, saat 16:40-da portalda açıqlanacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir