Naqif Həmzəyev Gəncədə erməni terroruna məruz qalan ərazidə muzey yaradılmasının tezləşdirilməsini istəyib | DEFAKTO.AZ Naqif Həmzəyev Gəncədə erməni terroruna məruz qalan ərazidə muzey yaradılmasının tezləşdirilməsini istəyib – DEFAKTO.AZ

Naqif Həmzəyev Gəncədə erməni terroruna məruz qalan ərazidə muzey yaradılmasının tezləşdirilməsini istəyib

67

“İkinci Qarabağ müharibəsində erməni terroruna məruz qalan şəhərlərdən biri də Gəncə idi. Bu ərazinin açıq muzey olması ilə bağlı məsələ gündəmdə olsa da, öz həllini tapmayıb”.

Defakto.az apa.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, hazırda həmin ərazidə aşınmalar var: “Xahiş edirəm bu məsələnin ən qısa vaxtda həll edilməsi üçün işlər görülsün”.

O, həmçinin, tələbə, şagird və müəllimlərə nəqliyyatdan istifadə ilə bağlı güzəştlər müəyyən olunmasını təklif edib: “Bu güzəştlər şəhid ailələri və qaziləri də əhatə etməlidir. Eyni zamanda Gəncə sakinlərini narahat edən məsələlərdən biri Gəncə-Bakı sürət qatarı ilə bağlıdır. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq vəsait ayrılsın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir