“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox” | DEFAKTO.AZ “Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox” – DEFAKTO.AZ

“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox”

114

“Xalqımız soruşur ki, nəyə görə xaricdə enerji daşıyıcılarının qiyməti və digər məhsulların qiyməti bizdəkindən ucuzdur? Hökumət rəsmilərinin bunlara bəlkə hansısa əsaslandırması var. Belədirsə, bahalaşma hansı faktorlarla əsaslandırılırsa onu xalqa izah edin. Axı bu bahalaşma belimizi qırır”.

Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, İqtisadiyyat Universitetində 30 nəfər xüsusi istedadlar qrupunu bitirib: “Ancaq onların biri də ölkədə qalmayıb. Bu işsizlik məsələsinin üstündə durmaq lazımdır”. 

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır: “Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir