“Məndə olan məlumata görə, Abel Məhərrəmovun rektorluqdan uzaqlaşdırılması ilə bağlı Ramiz Mehdiyev Prezident Aparatında özünəməxsus məkan qurmuşdu. Mehdiyev Məhərrəmovun cəzalandırılmasında, onun rektorluqdan uzaqlaşdırılmasında ciddi həlledici rol oynayıb”.
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkili qeyd edib ki, bunu bilə-bilə Abel Məhərrəmovun akademikə yaraşmayan yaltaq mövqe nümayiş etdirərək o cür çıxış etməsini gözləməyib:
“O, onu tanıyanların gözündən tamamilə düşdü. Məlum oldu ki, kifayət qədər şəxsiyyətinə hörmət edən adam deyil. Xalqın adından danışmaq kimi cəsarətli yükü öz üzərinə götürməsi ən böyük məsuliyyətsizlikdir. Eyni zamanda, Azərbaycanda bütün uğurları Ramiz Mehdiyevin adı ilə bağlamaq ulu öndəri və ölkə Prezidentini inkar etmək deməkdir. Düşünürəm ki, o da bu baxımdan çox böyük məsuliyyət daşıyır. Abel Məhərrəmovu hansı cəzanın gözlədiyini bilmirəm. Amma ən böyük cəza insanların onu tənbeh etməsi, onu görəndə üzünü çevirməsidir. Mənə elə gəlir ki, Məhərrəmov zərrə qədər özünə hörmət edirsə, baş verənlər ona mənəvi işgəncə verməlidir. Onun haqqında o, ziyalıdır, alimdir sözlərini işlətməyə dilim gəlmir”.
Ölkə
“Abel Məhərrəmovu hansı cəzanın gözlədiyini bilmirəm, amma ona ən böyük cəza…”
By DEFAKTOAvq 22, 2020, 18:57 axşam
260
Previous Post"Elə istəyirəm ki, haqqımda heç nə yazmayasınız və elə bilsinlər ki, ölmüşəm..."
Next Post"Əminəm ki, bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq"