Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib | DEFAKTO.AZ Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib – DEFAKTO.AZ

Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib

17

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ağdamın Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə Xalq artistini, onun ailə üzvlərini təbrik edib:

“Sizi ürəkdən təbrik edirəm. Əslində, bu,ağdamlılarla birgə bütün vətəndaşlarımızın, dünya azərbaycanlılarının ortaq sevinci, fərəhidir. Bu sevinci bölüşən qardaş ölkə və xalqlara, hər bir tərəqqipərvər insana ehtiramımız var. Dövlət-xalq birliyimiz, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin yenilməz iradəsi, uğurlu daxili və xarici siyasəti, prinsipiallığı bizim 44 günlük Vətən Müharibəsində tarixi Zəfərimizi təmin etdi. Bu anlamlı gündə Siz korifey sənətkarımızla birgə əziz şəhidlərimizin ruhunu dərin ehtiramla yad edir, yaralı qazilərimizə şəfalar diləyir, müharibənin hər bir iştirakçısına, qələbəmizdə payı olan hər kəsə minnətdarlığımızı bildiririk. Cənab Prezidentin və hörmətli Mehriban xanımın işğaldan azad olunmuş yaşayış məntəqələrimizin yenidən qurulması, Qarabağa mədəniyyətin, qaynar həyatın qayıtması üçün həyata keçirdiyi böyük işlər hər birimizə qürur bəxş edir. Bütün dünya görür ki, vandal ermənilərlə torpağın əsl sahiblərinin fərqi nədir.

Biz dünən bir qrup Agdamlı ədəbiyyat, mədəniyyət, sənət xadimi və istedadli yeni nəsil yazarı ilə görüşb, fikir mübadiləsi apardıq. Belə qərara gəldik ki, işğal illərində itirdiklərimizin miqyasını faktların dili ilə, o yaşayış məntəqələrimizin keçmiş və indiki halı ilə təqdim etmək bizim necə bir vandal zehniyyət üzərində qalib gəldiyimizi əyani göstərə bilər. Beləliklə, biz əslində, dünyaya problemlərimizlə deyil, şəhərlərimizin, kəndlərimizin və insanlarımızın həyat hekayəti ilə, sənətin zərif gücü ilə çıxıraq.

Bunun daha təsirli olacağına inanırıq. Siz hörmətli sənətkarımıza demək istərdim ki, bugünlərdə sosial şəbəkədə özünün Agdamda doğulduğu evə gedərək orada – xarabalıq önündə çəkdirdiyi şəkli paylaşan bir qələm dostumuzun paylaşımından mütəssir olduq. O dostumuz uşaqlıqda tam da o mövqedə çəkdirmiş olduğu şəkli yeni səkillə yanaşı qoymuşdu…

Biz Komitəmizdə müzakirə apardıq və belə bir fikir hasil oldu ki, Ağdamın yaşayan incəsənət, mədəniyyət, ədəbiyyat xadimləri, bu katqeqoriyadan olan nüfuzlu təmsilçilər və istedadlı gənclərin müqayisəli fotolarından və ürək sözlərindən ibarət fotoalbom nəşr olunsun. Düşünürük ki, həmin fotoalbomdakı mətnlərin xarici dillərə çevrilməsini də təşkil edək.

Hörmətli Arif müəllim, Sizi Ağdamın azad olunmasının birinci ildönümü münasibəti ilə bir daha təbrik edir, Komitəmizin Sizə salam-sayğılarını catdırıram. Sizi ziyarət edib, haqqında düşündüyümüz layihə haqqında xeyir-duanızı,fikirlərinizi almaqdan şadam”.

Xalq artisti Arif Babayev Komitə sədrini evində salamlamaqdan sad olduğunu deyib, təbrik ücün təşəkkür edib, dövlətimizə, dövlət başçımıza, Ordumuza ən xoş diləklərini söyləyib. Xalq artisti müqayisəli fotoalbom layihəsini yüksək qiymətləndirib, uğurlar arzulayıb, özünün də layihədə iştirak edəcəyini bildirib.

482Vüsalə Qələndərli, Vaqif Ibrahim и ещё 480Комментарии: 9Поделились: 14НравитсяПоделиться




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir