Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir” | DEFAKTO.AZ Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir” – DEFAKTO.AZ

Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir”

136

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Bu barədə Defakto.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir