İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub – RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub – RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub – RƏSMİ AÇIQLAMA

176

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

Defakto.az “report”a istinadən xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir: “İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə təhsillərini davam etdirə biləcəklər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir