Məktəblərdə payız tətili olacaq? – RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ Məktəblərdə payız tətili olacaq? – RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

Məktəblərdə payız tətili olacaq? – RƏSMİ AÇIQLAMA

53

Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Defakto.az məlumatına görə, nazirlikdən DEFAKTO.az-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə beş günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, altı günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir