BDU-da 13 dekanın səlahiyyət müddəti başa çatıb | DEFAKTO.AZ BDU-da 13 dekanın səlahiyyət müddəti başa çatıb – DEFAKTO.AZ

BDU-da 13 dekanın səlahiyyət müddəti başa çatıb

63

Bakı Dövlət Universitetində 13 dekanın səlahiyyət müddəti başa çatıb.

Defakto.az xəbər verir ki, bu barədə DEFAKTO.az-ya Universitetin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

Onun sözlərinə görə, BDU-da dekanlar 5 ildən bir seçilir:

“Hazırda 3 fakültə istisna olmaqla digər bütün fakültələrdə dekanların iş səlahiyyəti müddəti başa çatıb. Həmin fakültələr Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Filologiya, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq, Sosial elmlər və psixologiyadır. Bizdə dekanlar seçim əsasında təyin olunur. Həmin dekanlar yenidən seçilə bilər.

Ancaq hələ ki seçimlərin nə vaxt olacağı məlum deyil. Hazırda həmin fakültələrin hamısında dekanları müvəqqəti olaraq tədris işləri üzrə dekan müavinləri əvəz edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir