Azərbaycanda cari ilin sonuna orta aylıq əməkhaqqının 742,8 manat olacağı proqnozlaşdılırır.
Defakto.az Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.
Növbəti ildə isə orta aylıq əməkhaqqının 64,8 manat və ya 8,7% artaraq 807,6 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Hesablama Palatasının rəyində qeyd olunur ki, ötən il orta aylıq əmək haqqı 707,7 manat olub.