“Erməni hərbçilərin meyitləri morqda çürüyür, valideynləri götürmür” | DEFAKTO.AZ “Erməni hərbçilərin meyitləri morqda çürüyür, valideynləri götürmür” – DEFAKTO.AZ

“Erməni hərbçilərin meyitləri morqda çürüyür, valideynləri götürmür”

59

Müharibədən bir il ötsə də, Ermənistanda morqlardakı hərbçi meyitləri və qalıqları hələ də dəfn edilməyib.

Defakto.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə Ermənistanın Armavir Məhkəmə Ekspertiza mərkəzi məlumat yayıb.

Bildirilir ki, bu morqdakı 100 erməni hərbçisinin meyiti və qalıqları hələ də dəfn edilməyib:

“Polietilen torbaların üzərində ölənlərin genetik kodları yazılıb. Bu cəsədlərin ad və soyadları bilinir. Kimlikləri müəyyənləşdirilib”.

Armavir Məhkəmə Ekspertiza mərkəzinin əməkdaşı Sergey Abqaryan bildirir ki, meyit və qalıqlardan götürülən genetik nümunələr onların yaxınları və doğmaları ilə üst-üstə düşür:

“Kimlikləri bəlli olsa da, bu meyitlər sahibsiz qalıb. Ata-anaları onları dəfn etməkdən boyun qaçırırlar. İmtinanı DNT cavablarına inanmamaqla izah edirlər. Bəzilər isə meyitin qalan hissələrinin də tapılıb gətirilməsini gözləyirlər. Ölən hərbçilərin yaxınları bizə deyirlər ki, tapılan hissə 5 sm-lik bir sümükdür. Bəlkə, başqa hissələr də tapılacaq. Onda aparıb birlikdə bir qəbirdə basdırarıq”.

Qeyd olunub ki, bu morqda DNT-ləri üst-üstə düşməyən və ya yandığı üçün DNT nümunəsi götürmək mümkün olmayan cəmi bir neçə meyit var:

“Bir qrup valideyn də analizə qan verməkdən imtina edir. Onlar öz övladlarının ölmədiyinə, əsir düşdüklərinə inanırlar. Valideynlər deyirlər ki, onların oğulları sağdır, əsirlikdədirlər, qayıdacaqlar”.

Dəfn edilməyən meyitlərlə bağlı Ermənistan Səhiyyə Nazirliyindən bildirilib ki, yaxınları sahib çıxmasa belə, meyitləri dövlət dəfn edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir