Bakı-Sumqayıt sürət qatarı daşlandı | DEFAKTO.AZ Bakı-Sumqayıt sürət qatarı daşlandı – DEFAKTO.AZ

Bakı-Sumqayıt sürət qatarı daşlandı

58

Bakı-Sumqayıt sürət qatarına daş atan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Defakto.az verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19:00 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyən edilərək saxlanılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir