Gələn il orta aylıq pensiya məbləği məlum oldu | DEFAKTO.AZ Gələn il orta aylıq pensiya məbləği məlum oldu – DEFAKTO.AZ

Gələn il orta aylıq pensiya məbləği məlum oldu

54

2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq 343,2 manat məbləğində olacağı proqnozlaşdırılır.

Defakto.az DEFAKTO.az-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Rəydə bildirilib ki, əmək pensiyalarına dair tərtib edilmiş statistik hesabata əsasən cari ilin əvvəli ilə müqayisədə ilin I yarısında əmək pensiyaları üzrə ümumi orta aylıq pensiya məbləği 26,6 manat (8,8%), o cümlədən yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,0 manat (10%), ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8%) artıb.

Rəydə qeyd edilib ki, orta aylıq pensiya məbləğlərində nəzərəçarpacaq artımlar 2019-cu ilin sonlarından başlayaraq müşahidə olunmaqdadır.

Bu tarixdən pensiya məbləğlərində əsaslı dəyişikliklərin baş verməsi əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əmək haqqının artım tempinin yüksək olması və buna müvafiq olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, müvafiq kateqoriyadan olan şəxslərin əməkhaqlarının artımı hesabına həmin kateqoriyaya aid edilən və hazırda pensiyaçı olan şəxslərə təyin edilmiş pensiyaların yenidən hesablanması ilə bağlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir