Sabiq vəzifəli xanım və bacısı həbs edildi – Yenilənib | DEFAKTO.AZ Sabiq vəzifəli xanım və bacısı həbs edildi – Yenilənib – DEFAKTO.AZ

Sabiq vəzifəli xanım və bacısı həbs edildi – Yenilənib

70

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın bacısı İlknur Əliyeva da həbs olunub.

Defakto.az xəbər verir ki, bununla bağlı “unikal.org” məlumat yayıb.

Belə ki, onlar birgə qızıl alveri ilə məşğul olublar və bir neçə nəfərə qarşı dələduzluq ediblər.

***14:33

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Defakto.az saytı “unikal.org”a istinadən xəbər verir ki, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir