Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb.
Defakto.az xəbər verir ki, bu haqda “Musavat.com”a mötəbər mənbədən məlumat daxil olub.
Əldə edilən məlumata görə, Xəyyam Abdinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, Xəyyam Abdinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.