Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır | DEFAKTO.AZ Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır – DEFAKTO.AZ

Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır

78

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.

Defakto.az-ın məlumatına görə, iclasda komitə sədri Siyavuş Novruzov qeyd edib ki, bir neçə gün sonra noyabrın-8-də Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərini ilk dəfə qeyd edəcək.

O, Zəfərin əldə olunmasında canlarını fəda etmiş şəhidlərə rəhmət, müharibədə iştirak etmiş qazilərə cansağlığı arzulayıb. Müharibədə bizi qələbəyə aparan amillərdən danışan Siyavuş Novruzov Azərbaycan xalqını və ordusunu bir yumruq kimi səfərbər edən Ali Baş Komandan İlham Əliyevinin liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.

Sonra gündəlikdəki “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edən komitə sədri sənəddə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edildiyini bildirib.

Komitə üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Səttar Möhbalıyev qanun layihəsinin müzakirəsində çıxış ediblər. Bildirilib ki, sənəd Milli Məclisin müzakirəsində olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb. Bələdiyyələrin yerli vergiləri toplamaqda qarşılaşdıqları problemlərdən danışan komitə üzvləri xüsusən bu vergi növü üzrə onların yığımlarının çox cüzi olmasına diqqət çəkiblər, bu vergi növü üzrə yığımların vergi orqanlarına tapşırılması təqdir edilib.

Deputatlar qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Nizami Cəfərov, Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir