“8 il nişanlı qalmışam, 12 ilin gəlini olmuşam. Kərimlə aramızda 20 illik sevgidir, bu gün bitir. İlk səfə nişan taxılandan sonra Mətanət xanım istəmirdi, nişanı geri qaytartdırdı. O istəmirdi. Niyə üzük taxırdı, niyə qaytarırdı? Sonra 4 il ayrı qaldım Kərimdən. Yenə dayanmırdı, deyirdi “boşayacayıq”. Amma özü də boşanmağı istəmirdi, ətrafında kimlərsə onun beynini doldururdu. Özü deyirdi ki, “mənə qalsa istəmərəm boşanasınız, sən yaxşı qızsan”.
Bizim evimiz olmayıb, biz onsuz da kirayədə yaşamışıq. Toyumdan sonra həmişə kirayədə qalmışam, yenə də razı olmuşam. Məni maddiyat, ev, mülk maraqlandırmır, əsas uşaqlarımın şəraitidir. Ancaq yenə də deyirdim ki, “Kərim, ananın yanına kirayə köçməyək”. Çünki qaynanam uşaqları çox ərköyün edirdi, dəhşət dərəcədə. Mən ərköyün böyüməklərini istəmirəm, istəyirəm başqa cür böyüsün. O, ancaq həmişə deyir ki, “Tuncay sən rahat ol”. Evə kimsə gəlir, deyirəm “Oğlum, dur görüş, salam ver”. Mətanət xanım deyir ki, “Sən uşağı niyə incidirsən? Qoy otursun”. Yəni mənim tərbiyəm başqadır, onun tərbiyəsi başqa. Həmişə də belə şeylərə görə evdə söz-söhbət yaranırdı”.
Xatırladaq ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib.