Bakıda atalığı tərəfindən 6 il mütəmadi olaraq zorlandığını iddia edən 15 yaşlı qızın ailəsi istintaqın gedişatından narazıdır.
Paytaxtın Xəzər rayonunda yaşayan M.A (qadın) Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, müraciət edərək bildirib ki, ilk evliliyindən bir qızı olandan sonra boşanıb və övladının 4 yaşı olanda Samir Babayevlə ailə həyatı qurub: “Bu evlilikdən 4 oğlum dünyaya gəldi. Qızımın 8-9 yaşı olana kimi Samir daim ona acıqlanırdı, vururdu. Amma 6-7 il əvvəl qəfildən onun münasibəti dəyişdi, qızımla xoş rəftar etməyə başladı.
Bu il avqust ayında mən oğlanları məktəbə aparmışdım, evə qayıdanda gördüm ki, qızım əlində bıçaqla otağın ortasında dayanıb və özündə deyil. O intihar etmək, özünü öldürmək istəyirdi. Qızımı sakitləşdirdim, onu danışdırdım. Qızım 9 yaşından bəri, 6 ildir Samirin onu zorladığını dedi. Onun fiziki və psixoloji vəziyyəti çox pisdir. Hər ikimizin bütün həyatı məhv olub. Mən yatanda, ya da evdə olmayanda dəfələrlə qızıma qarşı seksual hərəkətlər edib”.
M.A qeyd edir ki, polisə şikayət etdikdən sonra araşdırma başlayıb və Samir Babayev həbs edilib: “Amma ona çox yüngül maddə ilə ittiham veriblər. Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev işi səthi ya da qərəzli aparıb. İstintaq vaxtı qızıma ögey atasının onunla qeyri-təbii yolla cinsi əlaqədə olması haqda heç sual verilməyib. DİN-in 102 xidmətində də, ittiham aktında da qızımın bıçaq götürərək özünü öldürmək istəməsi qeyd edilsə də, buna hüquqi qiymət verilməyib. Samir Babayevə özünü öldürmə həddinə çatdırma maddəsi ilə də ittiham verilməli idi. Onun qızımla zorla cinsi əlaqədə olmasına görə də Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməli idi. Bu maddədə cəza səkkiz ildən on beş ilə kimidir. Amma indi Samirə 153.1-ci maddə ilə ittiham verilib. Guya ki Samir qızımla qeyri-təbii yolla əlaqədə olmayıb, sadəcə 1-2 dəfə əxlaqsız hərəkət edib. İttihama görə, bu əxlaqsız hərəkətləri də zor tətbiq etmədən, qızımın öz istəyi ilə edib. Bu maddə ilə tutulan adama ya islah işləri ya da 2 il cəza verilir. Hazırda işə Xəzər rayon məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılır. İş biraz da uzansa, Samirə cəza vermək müddəti bitəcək və azadlığa buraxılacaq”.
M.A bildirib ki, işin yenidən istintaqa qaytarılmasını və düzgün, ədalətli araşdırma aparılmasını tələb edirlər.
Bununla bağlı da məhkəməyə vəsatət veriblər: “Qızımın psixoloji vəziyyəti çox pisdir. Özgüvəni yoxdur, məktəbə də getmir. Mən hansısa sübut üçün oturub gözləyə bilmərəm axı. Gərək mənim qızım da İmişlidəki 11 yaşlı azyaşlı uşaq kimi hamilə qalardı, sonra işə ciddi və ədalətli baxardılar?”