MTN-nin müflis etdiyi sahibkar hakimə: Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız? – Mövlam Şıxəliyevin məhkəməsində QALMAQAL | DEFAKTO.AZ MTN-nin müflis etdiyi sahibkar hakimə: Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız? – Mövlam Şıxəliyevin məhkəməsində QALMAQAL – DEFAKTO.AZ

MTN-nin müflis etdiyi sahibkar hakimə: Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız? – Mövlam Şıxəliyevin məhkəməsində QALMAQAL

68

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi və onunla birgə mühakimə olunan digər nazirlik rəsmilərinin məhkəməsində qalmaqal baş verib.

Defakto.az gununsesi.info saytına istinadən xəbər verir ki, iş üzrə zərərçəkən kimi tanınan şəxslər prosesə sədrlik edən Elbəy Allahverdiyevi qeyri-obyektivlikdə günahlandırıb.

Buna səbəb kimi media nümayəndələrini prosesə girməyə qadağan etməsi olub.

Zərərçəkən Hüseyn Səfərov hakimə etiraz edərək, prosesə onun onun aparmamasını tələb edib:

“Siz nəyi gizlətməyə çalışırsız? Niyə jurnalistləri buraxmırsız? Niyə imkan vermək istəmirsiz ki, bunların insanların başına açdıqları oyunları ictimaiyyət bilsin? Deməli, onları qoruyursunuz…”  deyən Hüseyn Səfərov hakimə etirazını ifadə edib.

Hakim Allahverdiyevə verilən etiraz da təmin olunmayıb.

Zərərçəkənlərdən Hüseyn Səfərov narazılığını sərt şəkildə ifadə edib:

“Bu necə hakimlikdir? Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız?”

Məhkəmə iclasında gərginlik yaranıb, hakim zərərçəkmiş Səfərovun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Hakimin bu cür davranışı digər zərərçəkənləri hiddətləndirib. Onların hamısı etiraz olaraq, məhkəmə zalından çıxıblar:

“Onsuz da siz hakimlik eləmirsiz, Mövlam Şıxəliyevə vəkillik eləyirsiz. Özünüz məhkəmə adıyla onu müdafiə eləyin…”

Qalmaqala görə məhkəmə prosesi yarımçıq qalıb. Proses noyabrın 2-də davam edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir