Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib | DEFAKTO.AZ Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib – DEFAKTO.AZ

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib

17

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.

Defakto.az trend.az saytına istinadən bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər.

DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir