2022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDI | DEFAKTO.AZ 2022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDI – DEFAKTO.AZ

2022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDI

38

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat olacağı gözlənilir.

Defakto.az xəbər verir ki, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 4,7 faiz çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 milyard 63 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7 faiz azalma deməkdir.

Büdcə gəlirlərinin 25 milyard 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 milyard 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Gələn il Azərbaycanın icmal büdcəsinin xərclərinin yuxarı həddi 32 milyard 906 milyon manat olacaq. Bu, ilkin proqnozla müqayisədə 2,4 faiz çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir