Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib | DEFAKTO.AZ Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib – DEFAKTO.AZ

Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

11

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriki səsləndirilib.

Bu barədə Defakto.az-a Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.

Sualı Britaniya hökuməti adından cavablayan Lord Qoldsmit Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.

Lord Qoldsmit xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika region üzrə naziri xanım Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək ölkələrimiz arasında xüsusilə ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir