Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim olundu – Video | DEFAKTO.AZ Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim olundu – Video – DEFAKTO.AZ

Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim olundu – Video

55

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını təqdim edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir