Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsdi – Video | DEFAKTO.AZ Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsdi – Video – DEFAKTO.AZ

Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsdi – Video

6

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Defakto.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezidentini Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Prezident Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

***

Türkiyə Prezidentinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

***

Prezident İlham Əliyev türkiyəli həmkarını hava limanında qarşılayır.

***

Füzuli aeroportunun rəsmi açılış mərasimi olub.

Prezidentlər – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunun lentini kəsib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir