Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb | DEFAKTO.AZ Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb – DEFAKTO.AZ

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb

58

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Defakto.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 559 nəfər müalicə olunaraq sağalıb, 6 869 nəfər vəfat edib. 23 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 053, bu günə qədər isə ümumilikdə 5 095 973 test icra olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir