45 yaşlı Xalq artisti: “Sevməyənlərim sağ olsunlar, motivasiyamı artırırlar!” | DEFAKTO.AZ 45 yaşlı Xalq artisti: “Sevməyənlərim sağ olsunlar, motivasiyamı artırırlar!” – DEFAKTO.AZ

45 yaşlı Xalq artisti: “Sevməyənlərim sağ olsunlar, motivasiyamı artırırlar!”

47

Xalq artisti Tünzalə Ağayevanın 45 yaşı tamam olur. 

Defakto.az xəbər verir ki, sənətçi sosial şəbəkədə həm ad günü, həm də sənətə gəlməyinin 20 illiyi münasibətilə paylaşım edib. Ağayeva keşməkeşli sənət yolu haqqında bunları yazıb:

“Özümə 45 yaşımın gözəlliyini yaşamağı diləyirəm. Bu il iki yubileyimi qeyd edirəm: səhnə fəaliyyətimin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəngdir. Bütün bunlar Allahın lütfü və mərhəmətidir.

Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis“ adlandırdığım insanlara və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə minnətdaram. Motivasiyamın artmasına səbəb olduqları üçün sevməyənlərim də sağ olsunlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir