Azərbaycanda bu il ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Defakto.az saytına verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36063 nikaha daxilolma və 11313 boşanma halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.