Milli Məclis 8 Noyabr Zəfər günü ilə əlaqədar xüsusi iclas keçirməyi planlaşdırır.
Defakto.az xəbər verir ki, iclasın noyabrın 5-də baş tutması gözlənilir.
Qeyd edək ki, sözügedən xüsusi iclasda Zəfər Günü ilə bağlı çıxışların edilməsi, iclasın sonunda isə bəyanatın qəbul edilməsi nəzərdə tutulub.