Nəşi tapılan hərbçimizin kimliyi müəyyənləşdi | DEFAKTO.AZ Nəşi tapılan hərbçimizin kimliyi müəyyənləşdi – DEFAKTO.AZ

Nəşi tapılan hərbçimizin kimliyi müəyyənləşdi

8

Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Defakto.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən yeddi hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi.

Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək, ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı.

Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir