Simran Əlizadə: Xalqımız Qarabağ torpağında əbədi yaşayacaq | DEFAKTO.AZ Simran Əlizadə: Xalqımız Qarabağ torpağında əbədi yaşayacaq – DEFAKTO.AZ

Simran Əlizadə: Xalqımız Qarabağ torpağında əbədi yaşayacaq

108

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etmək üçün Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri bir daha hər birimizi bir il bundan öncə yaşadığımız sevincli anlara qaytardı. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.


Ölkə Prezidentinin həmin gün Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. Məlumat verildiyi kimi, yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib.

Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Həmçinin layihəyə görə, Füzuli-Hadrut avtomobil yolu da öz başlanğıcını Zəfər yolundan götürməklə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Bundan əlavə, hazırda uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. Cənab Prezidentin qeyd etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır.


Prezident İlham Əliyev deyib ki, son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdük ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?! Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Yurd-yuvasından didərgin düşmüş insanların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib “Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik. Prezidentin dediyi kimi, Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir.

Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürük. Çünki keçmiş məcburi köçkünlərlə daim təmasda olmuşuq, onların bir qismi rayonumuzda məskunlaşmışlar. Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz necə deyərlər, bütün gücümüzü səfərbər etdik. Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır.


Simran Əlizadə,

Şiləvəngə kənd sakini




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir