Azərbaycanda polis əməkdaşı yol qəzasında ölüb – FOTO | DEFAKTO.AZ Azərbaycanda polis əməkdaşı yol qəzasında ölüb – FOTO – DEFAKTO.AZ

Azərbaycanda polis əməkdaşı yol qəzasında ölüb – FOTO

45

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Defakto.az DEFAKTO.az-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü – 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir