Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb. Bildirilib ki, Bakı DEFAKTO Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.
Defakto.az-ın məlumatına görə, Təhsil Kompleksi “DEFAKTO.az”ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:
“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbində də şagirdlər arasında koronavirus yayılmışdı.