AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlının (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı məsələ Baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülüb.
Defakto.az-ın məlumatına görə, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, bu gün səhər Kamran Əliyevin böyük köməkçisi Mahir Abbasovla görüşüb:
“Cinayət işi materiallarında bizi narazı salan halları yenidən danışmağımızı istədilər. Mən ekspertiza rəyləri və cinayətin baş verməsini təsdiq edən sübutlar haqqında danışdım”.
“Görüş zamanı Mahir Abbasov bildirdi ki, iş Yasamal Rayon Prokurorluğundan alınacaq və başqa bir yerdə baş prokuror Kamran Əliyevin nəzarəti altında araşdırılacaq”.
Qeyd edək ki, Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
O, Yasamal Rayon Prokurorluğunda cinayət işinin aparılmasından narazı olduğunu qeyd edib.