Rektor oğlu qumarda 70 min uduzan, adı plagiat və rüşvətdə keçən dekanı qoruyur – GDU-da skandal | DEFAKTO.AZ Rektor oğlu qumarda 70 min uduzan, adı plagiat və rüşvətdə keçən dekanı qoruyur – GDU-da skandal – DEFAKTO.AZ

Rektor oğlu qumarda 70 min uduzan, adı plagiat və rüşvətdə keçən dekanı qoruyur – GDU-da skandal

79

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllimləri tərəfindən DEFAKTO.azyor.info-ya müraciət daxil olub. 

Pedaqoji fakültənin Tədris metodiki şurasının sədri, dosent Ziyafət Vilayət qızı Bayramova adından ünvanlanan məktubda qeyd olunur ki, rektor Yusif Yusibov təlimatı pozaraq həyatının 20 ildən artığını dekan işləmiş Bayram Apoyevi yenidən dekan seçmək istəyir.

Müraciətdə deyilir: “Bayram Apoyev ixtisasına uyğun olmadan Nizami Gəncəvinin yaradıcılığından müdafiə edib, elmlər doktoru olmaq istəyir. Bayram Apoyevin elmi işinin mövzusu elmi şurada müzakirə edilmədən 5 dəfə dəyişdirilib və doktorluq dissertasiyası müdafiə edib.

Doktorluq dissertasiyasını məşhur pedaqoq, professor Akif Abbasov yazıb. Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur. Müdafiə etdiyi işin təsdiqi üçün tələb olunan elmi məqalə saxta Tomson Reyters jurnalında nəşr olunub.

Bayram Fəti ləqəbi ilə vaxtilə kürd dilində yazdığı şerlərdə Azərbaycan xalqını təhqir edən, kürdlərin bizim xalqdan qat-qat üstün olduğunu yazıb, onları respublikamızın daxilində dövlət yaratmağa səsləyən bir dələduz layiq olmadığı elmi dərəcə almaq istəyir. Demək olar ki, elmi tədqiqat işi aparmasa belə, doktorluq dissertasiyası müdafiə edib və təsdiqini gözləyir. Bu dekanın rüşvət yığmaqdan nə vaxt başı açıldı ki, o elmi tədqiqat işi ilə məşğul oldu?”

Məktubda bildirilir ki, hazırda görkəmli filoloqlar Nizami yaradıcılığında nəyi isə axtarıb tapa bilmirlər, çünki bu böyük şair ətraflı tədqiq olunub: “Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir. Maraqlıdır, coğrafiya müəllimi hara, Nizami yaradıcılığı hara?

Hazır dissertasiya işi tapana qədər elmi şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir. Dekan işlədiyi 20 ildən artıq müddətdə müavininə belə etibar etmədən tələbələrdən rüşvəti şəxsən özü yığıb. Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır, elmi-tədqiqat işini bu adam harada aparıb?

Bayram Apoyev özü yaxın ətrafı ilə söhbət edərkən, deyib ki, “Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var, ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, yaxın vaxtlarda təsdiqimi alacam. Təsdiqini almaq istəyən başqa yoldaşlardan kim istəsə ona da kömək də edə bilərəm. Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.

Bayram Apoyevin qızı Çinarə və kürəkəni Elvin Atakişiyev də universitetdə işləyirlər. Elvin Atakişiyev franzız dili fakültəsini bitirib.Amma azərbaycan dilindən müdafiə edib, Alman dili kafedrasının müdiridir.Tamam uyğunsuzluqdur…. Elvin Atakişiyevin elmi rəhbəri GDU-nun professoru Telman Quliyev olub. Elvin Atakişiyev Nəsimi adına Dilçilik İnstitutunda müdafiə edib, danışa bilmədiyi üçün həm elmi rəhbəri, həm də özü biabır olub, amma Bayram Apoyevin sehrli barmaqları bu biabırçı işi AAK-da təsdiq elətdirib.

Bayram Apoyevin plagiat sözündən xoşu gəlir. Belə ki, onun kitabları müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi, plagiat kitablara da özü rəy verib.

Məsələn, Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun Bədən Tərbiyəsi və idman kafedrasının müdiri Ağayev İlham Mansır oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn ” Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası” dərsliyi.

Sözügedən dərs vəsaitinin orijinal variantını – “Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları”nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, Pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının ” Fəxri bədən tərbiyəsi və idman işçisi”, SSRİ idman ustası Baloğlan Quliyevdir.

Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri – İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti “ərsəyə gətiriblər”. Bu kitaba rəy verən elə həmin Bayram Apoyev olmuşdur.

Onun rüşvətdən yığdığı pulları yemək də heç özünə qismət olmur. Belə ki, onun heç bir yerdə işləməyən oğlu Şamo keçən il “Topaz”da 70 000 manat uduzub.

Hörmətli cənab Prezident, şikayəti mən yazmışam və bu məktub bütün Pedaqoji fakültənin professor-müəllim heyətinin mövqeyini ifadə edir, telefon nömrələrim də Sizə yazdığım məktubun altında yazılıb. Amma universitetin rektorunun baş müşaviri Asif Cavadovmənim adımdan müxtəlif təşkilatlara məlumat göndərir ki, guya Ziyafət Bayramova izahat verib ki, məktubu mən yazmamışam. Xahiş edirik ki, bu hərc-mərcliyin qarşısını alasınız”. 

Müraciətdə adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir