Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşüb – FOTO | DEFAKTO.AZ Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşüb – FOTO – DEFAKTO.AZ

Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşüb – FOTO

57

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq rəssamı Arif Hüseynov, filoloq alim Kəmalə Ələkbərli, gənc sənətçilər Ruzi və Günay Orucovlar, istedadlı gənc yazar Sevinc Yunuslu və Vətən Müharibəsinin qazisi Mustafa Məhərrəmovla Milli Məclisdə görüşüb.

 

Onların hər birinin şəxsi uğurları, qayğıları ilə maraqlanan Komitə sədri,  ürək sözlərini bölüşərək, Vətən Müharibəsinin birinci ildönümündə, tarixi Zəfərimizin ildönümü ərəfəsində mədəniyyət-incəsənət xadimləri, ziyalılar, gənclər və qazilərlə görüşdə aparılan müzakirələrin çox faydalı olduğunu bildirib: “Şəhidlərimiz, qazilərimiz öz sözlərini döyüş meydanında deyib; sənətçilər, yaradıcı insanlar, ümumən bütün əməli fəaliyyət sahələrinin təmsilçiləri də öz növbələrində qələbəmizi tərənnüm etməli, həqiqətlərimizi dünyaya yaymalıdır.

Ermənistanın vandalizm aktları əlimiz çatan, ünümüz yetən hər yerdə, hər platformada deyilməli, duyurulmalıdır. Bununla da, bizim necə bir vandal, faşist, barbar düşmən üzərində zəfər qazandığımız bilinməlidir. Bilinməlidir ki, bizim zəfərimiz yalnız milli deyil, ümumbəşəri məzmun kəsb edir. Hesab edirəm, yaradıcı insanların öz əsərlərində bu mövzulara müraciət etməsi özünəməxsus təsirlərə malik olacaqdır”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir