Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) : “Xalam oğlu mənə təcavüz edib” | DEFAKTO.AZ Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) : “Xalam oğlu mənə təcavüz edib” – DEFAKTO.AZ

Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) : “Xalam oğlu mənə təcavüz edib”

210

Tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Defakto.az xəbər verir ki, S.Qəhrəmanlı hadisənin 1 il əvvəl baş verdiyini yazıb. O, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam. 2020-ci il 24 avqust tarixində vəkilim Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anamla danışanda mənə evə gəlmək əvəzinə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Mən onlara gedəndə yalnız xalam oğlu evdə idi”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib: “Mənə stəkanda içki uzadıb “bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə, necədir?” kimi bir cümlə qurub içməyi təklif etdi. Sadəcə bir-iki qurtum alıb dadına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Səhər özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər var idi. O gün ilə bağlı xatırladığım ağrı və qandır. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi”.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: “Sadəcə həqiqəti bilmək üçün ona yalandan hər şeyi xatırladığımı deyib sıxışdırdım. Nəhayət, özü hər şeyi mənə danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə “mən düşündüm ki, yəqin sən də istəyərsən” oldu”.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə “kifayət qədər sübut olmadığı” iddiası ilə xitam verildi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Nəhayət, iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib”.

Qeyd edək ki, Sənayın 18 yaşı tamam olmayıb. Həmçinin əlavə edək ki, o, bir neçə il əvvəl intihar edən məktəbli Elina Hacıyeva ilə bağlı təşkil edilən aksiyalarda fəal iştirak edib. S. Yağmur hazırda Riqada yaşayır və həmin şəhərdəki hüquq məktəbində təhsil alır. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir