“Binəqədi İcra Hakimiyyətindən gəlib şəraitimizi görüblər, amma heç bir reaksiya verməyiblər…” | DEFAKTO.AZ “Binəqədi İcra Hakimiyyətindən gəlib şəraitimizi görüblər, amma heç bir reaksiya verməyiblər…” – DEFAKTO.AZ

“Binəqədi İcra Hakimiyyətindən gəlib şəraitimizi görüblər, amma heç bir reaksiya verməyiblər…”

93

“Özümüz və oğlumun ailəsi ilə bir otaqlı evdə yaşayırıq. Evlər o qədər balacadır ki, 2 adam bir yerə yığışanda yer çatmır. Baxımsız ev idi, sağ olsun könüllü insanlar bir yerə yığışıb, pul yığıb evi təmir etdirdilər. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayırıq. Heç bir aidiyyatı qurumlardan xəbər yoxdur. İcra Hakimiyyətindən gəlib şəraitimizi görüblər, amma heç bir reaksiya verməyiblər. Bircə onu deyiblər ki, ev verəcəyik, amma ondan da bir xəbər yoxdur”

Defakto.az moderator.az saytına istinadən xəbər verir ki, şəraitsiz evdə yaşayan şəhid Əli Bayramovun anası Səbinə Bayramova deyib. O daha sonra əlavə edib. “Heç olmasa ev verilənə qədər bizə köməklik etsinlər, maddi dəstək göstərsinlər ki, evimizin qabağını genişləndirib, yenidən tikək. İnanın Allaha, imkanım olsaydı heç kimə ağız açmazdım. Əli uşaq olanda mənim üçün isti su çəkmişdi mətbəxə. O şəhid olmasaydı, işləyib hər bir şəraitimi hazır edərdi. Mənə həmişə deyirdi ki, ana, sənin üçün hər şeyi özüm edəcəyəm! Amma nə edə bilərik?! Onun da taleyi bura qədər imiş. Evdə nə yoldaşım, nə oğlum, nə də mən işləmirəm. Oğlum Əlinin şəhid təqaüdü ilə dolanırıq, ailəni saxlayırıq. Əli özü üçün ayrıca otaq istəyirdi, amma biz sağ ikən onun bu arzusunu həyata keçirə bilmədik. Şəhid olandan sonra onun üçün xatirə otağı hazırladıq. Yardımsevər insanlar sağ olsunlar, gəlib bizə kömək etdilər. Mən elə bütün günü həmin dar otaqda oluram. Oğlum mənsiz yatmazdı heç vaxt, amma mən həmin otaqda Əlisiz yatıram. Özü də elə rahat yatıram ki. Bəzən ayaq izlərini də hiss edirəm Əlinin” deyə şəhidimizin anası bildirib. Qeyd edək ki, Əli Bayramov Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidliyə ucalıb. Moderator.az – ınəməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən bildiriblər ki, onlara bu barədə rəsmi müraciət edilməyib: “Şəhid Bayramov Əli Nadir oğlunun mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aidiyyatı filialının əməkdaşları tərəfindən 26 dekabr 2020-ci ildə prosedur izah olunaraq, sənədlərin yerli icra hakimiyyəti orqanına təqdim edilməsi barədə məlumat verilib. Ancaq təəssüf ki, şəhidimizin ailə üzvlərindən heç kim bu günə qədər qeydiyyatda olduqları Binəqədi rayonunun İcra Hakimiyyətində mənzil növbəsinə götürülmələri üçün sənədlərlə müraciət etməyib”.Ümid edirik ki, şəhid ailəsi tezliklə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edəcək və Zəfər gününədək onlar mənzillə təmin ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir