Bakıda ölənlərin olduğu faciəvi qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – FOTO | DEFAKTO.AZ Bakıda ölənlərin olduğu faciəvi qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – FOTO – DEFAKTO.AZ

Bakıda ölənlərin olduğu faciəvi qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – FOTO

107

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib. Bu dəqiqəyə olan məlumata görə, xəsarət alanlardan 13 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir. Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. /ölkə.az/ 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir