Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Kremldə görüş başlayıb.
BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu, artıq il ərzində keçirilən 4-cü görüşdür.
Görüşdə əsas müzakirə mövzusu Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr və 11 yanvar 2021-ci il bəyanatlarının icrası, bölgədəki sabitliyin davamlılığı üçün növbəti atılacaq addımlar və iqtisadi əlaqələrin qurulması olacaq.