Elzayla oğlu danışmır: “Onu ayırdım, buna sevinirəm” | DEFAKTO.AZ Elzayla oğlu danışmır: “Onu ayırdım, buna sevinirəm” – DEFAKTO.AZ

Elzayla oğlu danışmır: “Onu ayırdım, buna sevinirəm”

77

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərlə küsülüdür. Onlar uzun müddətdir danışmır.

Bu haqda Seyidcahan axşam.az saytına açıqlama verib. Bunla bağlı sualları cavablandıran müğənni övladının ondan üz döndərməsinin səbəbini açıqlayıb:

“Oğlum məni çox sevir. Evlənəndən sonra onu özümdən ayırdım. Anaya çox bağlı idi, ayırdım. Bunu etdiyimə sevinirəm. Danışmamağa gəldikdə isə… Oğlum deyir ki, bəstəkarlığın varsa, niyə şeir yazırsan, kimsə də nəsə desin… Sonra hamı kimi o da gördü ki, anasının yazdığı şeirlər özünü göstərir. Pandemiyada mənim ruzim şeirlərdən gəldi.

Kim mənim yaradıcılığıma görə məndən utanırsa, elan etsinlər ki, Elzanı tanımırıq. Desinlər ki, Elzadan imtina edirəm. Onlara demişəm ki, gedin, yaxşılığınızdan dönüb, pis insanlara qoşulun. Sizdən incimərəm. Yaradıcılığımdan dönmərəm. Mənim ilk övladım yaradıcılığımdır. Övladlarımı necə atmamışam, onları da atmaram. Övladlarıma analıq nəvazişimi bol vermişəm, verirəm, verəcəyəm də. Onlardan ummuram da, təki canları sağ olsun. Allah adama övlad verir, uşaq şikəst olur, onu atar ana? Bəlkə mənim də yaradıcılığım şikəstdir, onu atım? Xoşdu mənə”.

Müğənni 2019-cu ildə verdiyi solo konserti üçün girdiyi borcunu hələ də qaytarmadığını söyləyib:

“Bir qismini qaytardım, konsertdən sonra bələdiyyə seçkilərinə başım qarışdı. Pullarımın çoxunu da ona xərclədim. İndi yavaş-yavaş pulu qaytarıram. 2 min manat borcum qalıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir