Ceyhun Bayramov Serbiya prezidenti ilə görüşdü – fotolar | DEFAKTO.AZ Ceyhun Bayramov Serbiya prezidenti ilə görüşdü – fotolar – DEFAKTO.AZ

Ceyhun Bayramov Serbiya prezidenti ilə görüşdü – fotolar

3

Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Bu barədə Defakto.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb, və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunuldu və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olundu.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş etdi.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir