Tural Abbaslı: “Qaz ölkəsi soyuqdan donur” | DEFAKTO.AZ Tural Abbaslı: “Qaz ölkəsi soyuqdan donur” – DEFAKTO.AZ

Tural Abbaslı: “Qaz ölkəsi soyuqdan donur”

43

“Bu gün ən aktual mövzu qaz limiti ilə bağlıdır. O gün baxıram, mənim qaz limitim sıfırı göstərir. Fikirləşirəm ki, mən nə vaxt işlətdim bunu?”.

Defakto.az xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Müsavat TV-nin efirində deyib.

O, bildirib ki, əsində qaz limiti qış aylarında verilməlidir:

“Qaz limitini yayda tətbiq edin. Yaxud da o hüququ qışda verin insanlara ki, bol-bol qaz işlədə bilsinlər. Qaz ölkəsi soyuqdan donur. Belə olmaz axı. Tarif Şurası, bir dəfə də tərsinə işlə də. Bir dəfə də qiyməti aşağı sal. Ziyanına sat xalqa. Nolar ki? İnsanlar artıq qazdan qorxa-qorxa istifadə edirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir