“Sən köhnə hamama, yeni qayda gətirəcəksən?” – Tural Abbaslı Sahil Babayevi tənqid etdi | DEFAKTO.AZ “Sən köhnə hamama, yeni qayda gətirəcəksən?” – Tural Abbaslı Sahil Babayevi tənqid etdi – DEFAKTO.AZ

“Sən köhnə hamama, yeni qayda gətirəcəksən?” – Tural Abbaslı Sahil Babayevi tənqid etdi

5

“Mənim Sahil Babayevlə heç bir problemim yoxdur. Heç vaxt üz-üzə gəlməmişəm. İnşallah da gəlmərik. Amma, işini gör, qaytar da bu insanların pensiyasını”.

Defakto.az xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Müsavat TV”nin efirində vətəndaşların pensiyasının kəsilməsi ilə bağlı danışarkən deyib.

Partiya sədri bildirib ki, həmin insanlar dolanışıqlarını bu cür qurublar: “20 ildir bu belə gəlib. İndi sən köhnə hamama yeni qayda gətirəcəksən? Sən buna dövlət möhürü ilə pensiya vermisən. Saxta yaxud doğru, fərqi yoxdur. Bu insan da həyatını ona görə qurub. Onu hesablayıb kredit götürüb. Sən onu kəsəndə insanların həyatı çökür axı. Bunları düşünmək lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir