Baku-Oxford School-un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır… | DEFAKTO.AZ Baku-Oxford School-un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır… – DEFAKTO.AZ

Baku-Oxford School-un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır…

15

Paytaxtdakı özəl məktəblərdən birində – Baku-Oxford School-da şagirdlər arasında koronavirus yayılıb.

Defakto.az oxu.az saytına istinadən əldə etdiyi məlumata görə, COVID-19 infeksiyasının aşkarlanmasına baxmayaraq, məktəb tərəfindən siniflərin bağlanması qərarı verilməyib.

Təkcə oktyabrın 11-də iki şagirdin koronavirus testi pozitiv çıxıb. Həmin şagirdlər evə göndərilsə də, onlarla ünsiyyətdə olmuş digər şagirdlər, habelə müəllimlər karantinə alınmayıb.

Məsələ ilə bağlı Baku-Oxford School ilə əlaqə saxlanılsa da, məktəbdən zənglərə cavab verilməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir