Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər.
Bu qənaətə Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri gəlib.
Araşdırmanın nəticələrinə əsasən, 100 % pambıq qumaşda olan virus deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub.
“Şkafa qoyulmuş pambıq paltarı bir sutka sonra təhlükəsiz hesab etmək olar”, – Moskva Fizika və Texnologiya İnstitutunun aparıcı elmi işçisi Stanislav Otstavnov vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər. O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdirlər. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir.
Previous PostTəhsil naziri MM-in Elm və Təhsil Komitəsinin üzvləri ilə yeni tədris ilinə hazırlıqla bağlı müzakirələr aparır
Next PostAtəşkəs rejimi 31 dəfə pozulub