Millimiz məğlub olur – Yenilənir | DEFAKTO.AZ Millimiz məğlub olur – Yenilənir – DEFAKTO.AZ

Millimiz məğlub olur – Yenilənir

50

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr

20:00. Azərbaycan – İrlandiya – 0:2 (İkinci hissə)

Qol: Robinson, 7, 39

Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 13. Abbas Hüseynov, 5. Maksim Medvedev (k), 4. Höccət Haqverdi, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 7. Namiq Ələsgərov,  19. Filip Ozobiç, 10. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov

İrlandiya: 1. Qavin Bazunu, 2. Matt Doherti, 4. Şeyn Daffi, 5. Con Eqan (k), 6. Coş Kullen, 7. Kallum Robinson,  11. Ceyms Makklin, 13. Ceff Hendrik, 15. Daril Horqan, 22. Endryu Omobamidel, 9. Adam İdah

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli

***

Oyun başladı.

***

7-ci dəqiqədə hesab açılır. C.Robinson topu millimizin qapısından keçirir – 0:1.

***

Robinson 39-cu dəqiqədə dubl edir.

***

Fasilə

***

İkinci hissə başladı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir