Zaur küsülü olduğu Xoşqədəm haqqında: “Efirə qayıtmasını gözləyirəm!” | DEFAKTO.AZ Zaur küsülü olduğu Xoşqədəm haqqında: “Efirə qayıtmasını gözləyirəm!” – DEFAKTO.AZ

Zaur küsülü olduğu Xoşqədəm haqqında: “Efirə qayıtmasını gözləyirəm!”

146

Aparıcı Zaur Baxşəliyev efirdə həmkarları Xoşqədəm Hidayətıqızı və Elgiz Əkbərdən danışıb.

Defakto.az xəbər verir ki, Zaur heç bir adama həmkarlarını onun efirində pisləməyə icazə vermədiyini bildirib:

“Kimsə ağlına belə gətirməsin ki, bu efirə gələcək ya Xoşqədəm Hidayətqızı ya da Elgiz Əkbəri pisləyəcək, mən də ona şərait yaradacam. Əsla! Çünki hamımız bu televiziyalarda çalışırıq, çörək pulu qazanırıq və xalqa xidmət edirik. Olmaz!

Belə şeylərdə diqqətli olmaq lazımdır! İnşallah yaxın zamanlarda Xoşqədəm Hidayəqızının da proqramı açılar və efirlərə qayıdar. Biz də gözləyirik. Bütün yükləri hər kəs çəkəsi deyil ki, əlbəttə gəlsin, gəlməlidir, niyə də yox. Allah yaxşılıq edən hər kəsin canını sağ etsin”.

Qeyd edək ki, Zaurla Xoşqədəm Hidayətqızı illərdir küslüdür. Onlar dəfələrlə proramlarında baş verən problemlərlə bağlı bir-birlərinə atmacalar atıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir